Use APKPure App
Get Yasəmən (Əli Amir) old version APK for Android
Kitab-app startapı, İKT fondu və Alatoran "Yasəmən" romanını təqdim edir.
İordaniya Haşimi Krallığının Senat üzvü Əl Sayed Anton Salama 1967-ci il iyulun 4-də çərşənbə gününün səhəri, şəfəq vaxtının qızılı rəngli qısa anlarında evinin pəncərəsindən baxarkən, yorğun, yavaş və çətinliklə hərəkət edən bir dəstə əsgərin yaxınlaşdığını gördü. Paltarları cırıq-sökük və tozlu idi. Senatorürəyində, əlbəttə, bütün gecəni döyüşüblər, dedi. Topların səsini və partlayışları öz qulaqlarıyla eşitmişdi. Top atılmağa başlayan kimi villasının girişindəki və salondakı işıqları söndürüb otaqları gəzərək daldalanmağa bir yer axtarmış, amma tapa bilməmişdi. O, gecəyə qədər öz evində sığınacaq axtaracağını heç düşünməmişdi. Arvadı da onun arxasınca düşüb evdə bir ruh kimi gəzirdi. Ona verdiyi, özü yata bilmədiyi zaman içdiyi iki sakitləşdirici həb də işə yaramamışdı. Qadın sakitləşməmiş, yata bilməmiş və səhərlər geyindiyi köhnə paltarıyla saçları dağınıq halda evin içində hərlənirdi. Ona baxdıqda senatorun üzündəiyrənmə və acıma ifadəsi yaranırdı.
Əlbəttə, özü də bütün gecəni gözünü qırpmamışdı. Əl Qüdsün taleyi həll olunarkən yatmaq mümkün idimi?..
Nécessite Android
2.2 and up
Catégories
Signaler
Last updated on Oct 10, 2015
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Yasəmən (Əli Amir)
1.1 by kitab-app
Oct 10, 2015