Islamda Shielik icône

4.0 by Alimovla


Dec 27, 2015

À propos de Islamda Shielik

Şiəlik haqqında bəhs edəb bir kitab

ALLAHIN ADI İLƏ

Allah-taala hər bir əsrdə bəşər övladını hidayət etmək üçün həzrət Adəm, Nuh, Musa, İsa (ə) və bu kimi digər böyük peyğəmbərlər göndərmiş, onlara ilahi qanunlar məcmuəsi olan səmavi kitablar nazil etmişdir. Nəhayət səma elçiləri silsiləsinin sonuncusu və ən əzəmətlisi olan İslam peyğəmbəri həzrət Məhəmmədi (s) peyğəmbərliyə seçmiş, sələf dinlərin təkmilləşdiricisi və əbədi mö`cüzəsi olan Qur`anı insanların yenilməz hidayət çırağı qərar vermişdir. Peyğəmbəri-Əkrəm 23 il ərzində müxtəlif əzab-əziyyətlərə dözərək Ərəbistan yarımadasında İslam məktəbinin bünövrəsini qoymuş, digər xalqları, o cümlədən dövrün məşhur imperatorları və dövlət başçılarını da bu müqəddəs dinə də`vət etmişdir. Beləliklə, Qur`an və İslam nuru o həzrətin vəsfolunmaz zəhmətləri sayəsində bütün dünyaya yayılmışdır.

İslamın zühur etdiyi ilk çağlardan başlayaraq, müasir dövrə qədər xüsusi mövqe və məqama malik olan, bu dinin danılmaz prinsipləri əsasında öz xüsusiyyətlərini müdafiə edən Şiəlik məktəbi yeganə yoldur ki, daim Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) məsləkini davam etdirmişdir. Bu yolun davamçıları bir an da olsun öz sələflərinin hədəf və məqsədlərindən uzaqlaşmamış, onların həqiqi ardıcılları olmuş, Qur`an və İslamın nurani hökmlərini Peyğəmbərin (s) özündən və onun pak Əhli-beytindən (ə) əxz edərək, yalnız onların sözlərini höccət hesab etmişlər.

Şükürlər olsun ki, dünyada baş verən bir sıra ictimaisiyasi dəyişikliklər nəticəsində din və məzhəblərin dərindən araşdırılması mümkün olmuş, tarix boyu böyük qüdrətlərin himayədarlığı ilə dünyaya meydan oxuyan bə`zi əqidələrin araşdırılıb tənqid olunması və daim əsassız hücumlara mə`ruz qalıb sükut etmək məcburiyyətində qalan bə`zi e`tiqadi məktəblərin özünü müdafiə etməsi üçün zəmin yaranmışdır. Bu prosesdə Şiə məktəbi də aktual çıxış edərək əsrlər boyu son dərəcə qərəzçiliklə ona qarşı yağdırılan ittihamlara cavab verməyə başlamışdır; bu məktəb son dövrlərdə yenidən canlanmış, qüvvətlənmiş, şiə alimləri və mütəfəkkirləri yaranan bu fürsətlərdən lazımınca istifadə edərək, bəyan və qələmləri ilə şiəliyin həqiqi maarifinin yayılmasına çalışmışlar. Onlar bədxah və qərəzli şəxslərin namərdcəsinə vurduqları ittihamlara və anlaşılmaz nöqtələrə münasib cavablar verərək, düşmənlər tərəfindən şiə nəzəriyyəsinə qarşı irəli sürülən əsassız fikirləri elmi şəkildə rədd etmişlər.

İslam dünyasının ən görkəmli mütə-fəkkirlərindən biri mərhum Əllamə Təbatəbai Təbrizi öz mə`nalı ömründə bir çox qiymətli əsərlər yazıb-yaratmış, dünyada məşhur olan iste`dadlı alimlər yetişdirmiş və şiə dünyasına əvəzsiz xidmətlər etmişdir. Ustadın çox dəyərli və faydalı əsərlərindən biri də «İslamda şiəlik» kitabıdır ki, bu vaxta qədər bir çox dillərə tərcümə edilərək dəfələrlə çap olunmuşdur.

Bu kitab əsas e`tibarı ilə şiəliyin qərb ölkələrində tanıtdırılması üçün yazılmışdır; qərb alimlərinin şiəlik barədə yazdıqları tədqiqat əsərləri və kitablar orjinal mənbələrdən götürülmədiyi üçün bu məktəbin e`tiqadi əsasları ilə uyğun gəlmir. Çünki onların araşdırma aparıb müraciət etdikləri mənbələr əhli-sünnət və ya ismailiyyə kimi qeyri-mö`təbər firqələrdən götürülmüşdür.

Qeyd etmək lazımdır ki, bu kitab ustadın şagirdlərindən biri tərəfindən ingilis dilinə tərcümə edilmiş və bir müddət Amerika universitetlərində tədris edilmişdir. Mərhum Əllamə Təbatəbai bu kitabda digər islami məzhəblərə son dərəcə ehtiramla yanaşaraq, şiəliyin əqidə prinsiplərini və əsalətini, onun yaranma səbəblərini bəyan etmişdir; onun əqidəsinə görə İslamda yeganə düzgün yol Əhli-beyt (ə) məktəbidir. Ustadın digər əsərləri ilə müqayisədə bu kitab nisbətən sadə dildə yazılmışdır. Təəssübkeşlikdən uzaq olan və şiəliyin həqiqi mövqeyini əks etdirən bu əsərin mütaliə olunmasını ümumoxucu kütləsi üçün faydalı hesab edirik. Sonda mehriban Rəbbimizdən ustadın ruhunun şad olmasını və əziz oxucuların yüksək müvəffəqiyyət əldə etməsini diləyirik!

Quoi de neuf dans la dernière version 4.0

Last updated on Dec 27, 2015

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Islamda Shielik mise à jour 4.0

Telechargé par

Guilherme Duarte

Nécessite Android

Android 2.1+

Voir plus

Islamda Shielik Captures d'écran

Charegement du commentaire...
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.